Şahramanyan Arayikin “günahlarını çıxarır”?| Ermənistan parlamentində “qanundan kənar” akt

2023/11/1700294155.jpg
Oxunub: 34550     19:09     18 Noyabr 2023    
Ləğv edilmiş qondarma qurumun “sonuncu başçısı” Samvel Şahramanyan 44 günlük müharibə ilə bağlı parlament istintaq komissiyasının iclasında iştirakını təsdiqləyib.

Komissiya Samvel Şahramanyanın Qarabağdakı ermənilərin çıxmasından sonra dəvət edilməsi barədə qərar qəbul edib və qərarı ləğv edilmiş qondarma qurumun “keçmiş başçısı” Arayik Harutyunyanın Azərbaycanda həbsdə olduğu üçün komissiya qarşısına çıxa bilməməsi ilə izah edib.

Samvel Şahramanyan, komissiyanın açıqlamasına görə, təkcə Arayik Harutyunyanı əvəz etdiyi üçün deyil, həm də 44 günlük müharibədən əvvəlki iki ildə separatçıların “milli təhlükəsizlik xidmətinin rəhbəri” olduğu üçün dəvət edilib. O, 2018-ci ilin iyununda ləğv edilmiş qondarma qurumun “keçmiş başçısı” Bako Sahakyanın “göstərişi” ilə bu “vəzifəyə təyin edilib” və 2020-ci ilin mayında Arayik Harutyunyan “rəhbər” seçiləndə bu “vəzifə”ni tərk edib.

O, Şahramanyanı “milli təhlükəsizlik xidmətinin rəhbəri vəzifəsi”ndən azad edərək, “gənclər, vətənpərvərlik və turizm naziri təyin edib”. Aydındır ki, Samvel Şahramanyanı dəvət etməyin rasional məntiqi var, amma bu məntiqin “əsas”ı yalnız Araik Arutyunyanın gələ bilməməsidir? Komissiya Şahramanyana verməli olduğu sualları Harutyunyana verəcəkdimi? Axı Arayik Harutyunyan “rəhbər seçilməzdən” əvvəl “rəsmi şəxs” deyildi, o bundan xeyli əvvəl separatçıların “baş naziri vəzifəsindən istefa vermişdi”.

Buna görə də Arayik Harutyunyan Samvel Şahramanyanın “milli təhlükəsizlik xidmətinin rəhbəri” kimi xeyli fəaliyyəti dövründə “hökumət vəzifəsi” tutmayıb. O, “rəhbər vəzifəsi”ni üzərinə götürdükdən sonra Şahramanyanı “milli təhlükəsizlik xidmətinin rəhbəri vəzifəsi”ndən azad edib və burada təbii olaraq sual yaranacaq ki, niyə? Çünki onu Bako Sahakyanın “kadrı” hesab edib, ona etibar etməyib, yoxsa onun “səlahiyyət müddətinin səmərəliliyi” ilə bağlı sualları olub?

Şübhə yoxdur ki, bu barədə Şahramanyana suallar var, lakin məgər bunlar parlament komisisyasında yenicə ortaya çıxır? Üstəlik, bütün bunlarla yanaşı, Ermənistanın parlament müxalifəti də öz növbəsində komissiyanın legitimliyi məsələsini gündəmə gətirir, çünki fəaliyyət müddəti bitib, amma işin dayandırılması elan olunmayıb.

Ermənistan parlamentinin “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan bəyan edib ki, parlamentin reqlamentinə əsasən, 2023-cü il avqustun 11-dən sonra komissiya öz işini başa çatdırmalı idi, əks halda cinayət-hüquqi nəticələrdən – səlahiyyətlərdən sui-istifadədən söhbət gedə bilər. Onun sözlərinə görə, komissiya üzvlərinin hər il 1 ay məzuniyyətdə olması, ona görə də müddəti iki ay uzatmaq hüququna malik olması ilə bağlı izahat sadəcə olaraq əsassızdır.

Minasyan Ermənistan parlamentinin reqlamentinin icrasını təmin etmək üçün parlament sədrinə müraciət edib. Daha doğrusu, Samvel Şahramanyana dəvətin “qanundan kənar” olduğu ortaya çıxır. Maraqlıdır ki, erməni müxalifəti müddətin avqustun 11-də tamamlandığını bəyan etdiyi halda bu vəziyyətə noyabrda, Şahramanyana dəvət göndərilməsindən sonra diqqət yetirir.

Üç ay sonra Şahramyanın dəvət olunmasının bununla əlaqəsi var, yoxsa müxalifət komissiyanı sadəcə olaraq “unutmuşdu”? Eyni zamanda, komissiyanın fəaliyyətinin hüquqiliyi və qanunauyğunluğu böyük əhəmiyyət kəsb edir və burada legitimliyə şübhə yaranarsa, işin bütün nəticəsinin qanuniliyi şübhə altına alınacaq.

Sual yaranır ki, Ermənistanda parlament çoxluğu niyə bu məsələ ilə bağlı, yumşaq desək, “unutqan” və ya “səhlənkar” davranıb?

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Şahramanyan   Arayik  


Bizi "telegram"da izləyin